ABŞ-ın Türkiyədəki diplomatik binaları qarşısında aksiyalar keçirilib

ABŞ-ın Türkiyədəki diplomatik binaları qarşısında aksiyalar keçirilib
02:12 29 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ankaradakı səfirliyinin və İstanbuldakı baş konsulluğunun binaları qarşısında aksiyalar keçirilib.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Məlumata görə, aksiyaçılar Birləşmiş Ştatlar prezidenti Donald Tramp tərəfindən Yaxın Şərq üzrə təklif edilmiş "əsrin sazişi"nə etirazlarını bildiriblər. Onlar ABŞ əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Çərşənbə axşamı ABŞ prezidenti İsrail və Fələstinin arasında regionda münaqişəyə son qoymalı olan razılaşma layihəsinin tamamlandığını elan edib. Tramp bildirib ki, plan Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutur.


Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-turkiyedeki-diplomatik-binalari-qarsisinda-aksiyalar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR