Azad Rəhimov: "Komanda növlərində yığmalarımızın yüksək səviyyədə çıxış etməsini istərdik"

Azad Rəhimov: "Komanda növlərində yığmalarımızın yüksək səviyyədə çıxış etməsini istərdik"
11:42 29 Yanvar 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni basketbol liqası yaradılıb.
"Report"un məlumatına görə, 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən Jr.NBA Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransı Gənclər və İdman Nazirliyində təşkil olunub.
Nazir Azad Rəhimov bildirib ki, dünyada ən tanınmış, milyonlarla azarkeş cəlb olunan NBA Liqası Azərbaycan Basket Federasiya ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Nazir bunu Azərbaycan idmanı üçün önəmli hadisə kimi dəyərləndirib: "Artıq bu yarışma Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər. Digər idman növlərində uğurlar əldə etmişik. Buna sübut kimi olimpiya medallarını göstərmək olar. Biz də yığmalarımızın komanda oyunlarında yüksək səviyyədə çıxış etməsini istərdik. Bu gün Azərbaycanda mövcud olan maddi texniki baza da buna imkan verir. Bu mənada bütün ölkədə olan bütün idman komplekslərin qapıları basketbola açıq olacaq. Gələcəkdəki fəaliyyəti üçün Aəzrbaycan Basketbol Federasiyasına uğurlar arzulayıram".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə futbol, atletika, tennis və basketbol kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda da inkişafının vacibliyinə diqqət çəkib: "İndi bizim də əlimizə yaxşı imkan düşüb. Çalışacağıq ki, ölkəmizdə ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək üçün dəstək olacaq. Ümid edirəm ki, çox yaxın zamanda bu layihənin nəticələrini görəcəyik".
Qeyd edək ki, belə bir qlobal layihənin əsas məqsədi yeniyetmələrin basketbola cəlb edilməsini daha peşəkar səviyyəyə çatdırılmasıdır. Layihə çərçivəsində 75 ölkədə 51,5 milyondan çox yeniyetmə liqa oyunları, məktəbdaxili planlaşdırma, seminarlar, bacarıq müsabiqələri və digər təbliğat xarakterli tədbirlər həyata keçirilir. Jr.NBA Azərbaycan Liqası ölkə üzrə məktəb şagirdlərinin bu liqada iştirak edən oğlan və qızlardan təşkil edilmiş komandalar, NBA- da çıxış edən 30 komandanı təmsil edərək, NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azad-rehimov-komanda-novlerinde-yigmalarimizin-yuksek-seviyyede-cixis-etmesini-isterdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR