Türkiyə vətəndaşlarını bu ölkədən çıxarır - Minlərlə insan təhlükə altında

Türkiyə vətəndaşlarını bu ölkədən çıxarır - Minlərlə insan təhlükə altında
13:38 29 Yanvar 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə vətəndaşlarını Çindən təxliyə edəcək.

Publika.az xəbər verir ki, buna səbəb Vuhan şəhərində ortaya çıxan və minlərlə insana yoluxma ehtimalı olan koronavirusdur.

Türkiyənin Pekindəki fövqəladə və səlahiyyətli səfiri Emin Önənin son dəqiqə açıqlamasına görə, bir neçə gün ərzində Çində yaşayan 34 Türkiyə vətəndaşı ailələri ilə birlikdə vətənlərinə göndəriləcək. O, bütün vətəndaşlarla daim əlaqədə olduqlarını, rəsmi müraciətlərin ünvanlandığını bildirib.

Qeyd edək ki, dünyanın 15-dən çox ölkəsinə yayılan koronavirus son olaraq Birləşmiş Ərəb Əmirliklərindəki ailədə tapılıb.

Dünya hərəkətə keçdi

Böyük Britaniyanın “British Airways” aviaşirkəti koronavirus epidemiyasına görə Çinə bütün uçuşları dayandırıb.

Malayziya hökuməti Çinin epidemiyanın ortaya çıxdığı Hubey əyalətində yaşayan vətəndaşlarının təxliyəsi üçün Çinə rəsmi müraciət göndərib.

Tailandda 14, Yaponiyada 7, Sinqapurda 5, ABŞ-da 5, Avstraliya, Fransa, Almaniya və Cənubi Koreyada 4, Malayziyada 3, Vyetnamda 2, Nepal, Kanada, Kamboca və Şri-Lankada 1 nəfərə virus diaqnozu qoyulub.

Rəsmi rəqəmlərə görə, Çində bu günə qədər epidemiyadan əziyyət çəkən 132 nəfər ölüb, 5 min 974 nəfər virusa yoluxub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/303274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR