Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olmağa başladı -

Ruslana Cavadova deyib ki, onurğası ilə bağlı problemlərə rəğmən, striptiz dərslərində özünə hörməti artır

Metbuat.az Sputnik-ə istinadən xəbər verir ki, azərbaycandan olan model, Ruslana Gee kimi tanınan Ruslana Cavadova Amerikada striptiz dərslərinə yazılıb.

Model bunu hər ehtimala qarşı, birdən müvafiq bir filmdə dəvət alarsa, hazırlıqsız yaxalanmasın deyə edib.

Cavadova "Instagram" səhifəsində bildirib ki, bu günlərdə filmə çəkilmək eşqinə düşüb və striptizçi rolu üçün kastinqdə iştirak etmək məqsədilə müraciət edib.

"Hələlik mənim ərizəmə bir cavab verməyiblər, amma mən qərara aldım ki, əvvəlcədən striptiz öyrənim və hətta dərslərə də yazıldım. Dərs çox şən keçdi. Bircə onurğamla problem yarandı. Rəqs eləyəndə özünə hörmətin artır, özünü şir kimi hiss edirsən", - Cavadova qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR