Malmö Universitetinin dosenti: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmur"

Malmö Universitetinin dosenti: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmur"
14:17 29 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı irəliləyiş yoxdur".
“Report” xəbər verir ki, bu barədə İsveçin Malmö Universitetinin dosenti Kamal Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağla Aland adalarının müqayisəli təhlili” kitabının təqdimatında Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzinin  (BMTM) direktoru Fərid Şəfiyev bildirib.
Ekspert həmçinin münaqişənin həll olunduqdan sonra Qarabağ ermənilərinə hansı səviyyədə muxtariyyət veriləcəyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Əsərin müəllifi Kamal Makili-Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarının məqbul səviyyədə yerinə yetirilmədiyini diqqətə çatdırıb: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququn müddəaları belə lazımi dərəcədə araşdırılmayıb. Belə ki, bu münaqişəyə beynəlxalq hüquq baxımdan nəzər salınsaydı, xalqların müqəddərat təyini haqqında söhbət heç ortaya atılmazdı. Amma danışıqlar prosesi ifrat dərəcədə siyasi məcraya çevrilib, beynəlxalq hüquq məsələləri isə qıraqda qalıb. Ona görə də hazırda hansısa obyektiv faktlara söykənən təmas nöqtələri tapa bilmirik. Yəni əlimizdə tərəflərin mövqeyi var, amma hüquq kimi hər hansı obyektiv amil arada yoxdur. Hüquq obyektivdir. Bu məsələnin həllinə dair danışıqlar prosesi yalnız tərəflərin, yəni Azərbaycan, Ermənistan, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təəssübkeş mövqe tutması halında konkret nəticəyə gətirib çıxara bilər”.
BMTM-nin eksperti Fuad Çırağov da Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından 2019-cu ilin boşuna keçdiyini dilə gətirib: “Paşinyan hakimiyyətə gələndə müəyyən gözləntilər vardı, amma özünü doğrultmadı. O, öz-özünü təkzib edir. Əvvəlcə Qarabağ erməniləri tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilmədiyini deyir, bir müddət sonra isə Xankəndində Qarabağın Ermənistana aid olması barədə təxribatçı bəyanat verir”.










Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/qarabag-munaqisesile-bagli-beynelxalq-huquqa-emel-olunmur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR