Almaniya kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini dayandırır

Almaniya kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini dayandırır
16:47 29 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya hökuməti 2038-ci ilə qədər ölkədə kömürlə işləyən bütün elektrik stansiyalarının fəaliyyətini dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, İqtisadiyyat naziri Peter Altmaier tərəfindən hazırlanan qanun layihəsi təsdiqlənmək üçün parlamentə göndərilib.
Məlumata görə, yeni qanun layihəsi ilə işçilərə, şirkətlərə və federal hökumətlərə bu sektorda fəalliyyətlərini dayandırmaq qarşılığında əvvəlllər verilməsi nəzərdə tutulan təzminatlar da bu ilin sonundan ödənməyəcək.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qarşıdakı 4 il ərzində qlobal kömür tələbatı çox az artacağını və təxminən 5,5 mlrd ton səviyyəsində əsasən stabil qalacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/almaniya-komurle-isleyen-elektrik-stansiyalarinin-fealiyyetini-dayand

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR