Atom elektrik stansiyalarının tullantılarından "əbədi" batareya hazırlanıb

Atom elektrik stansiyalarının tullantılarından "əbədi" batareya hazırlanıb
07:22 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Yaxın 10-15 ildə Böyük Britaniyada bir çox atom elektrik stansiyalarının öz fəaliyyətini dayandıracağı gözlənilir. Bristol Universitetinin alimləri radioaktiv tullantılardan "əbədi" batareya hazırlanması üsulunu düşünüblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Böyük Britaniyada radioaktiv tullantılarla dolu bir neçə atom elektrik stansiyası var. Əvvəllər tullantıları xüsusi ayrılmış yerlərdə basdırır və ya utilizasiya edirdilər. Alimlərin yeni həlli karbon-14 izotopunun daha səmərəli tətbiqinə imkan verir. Bu elementin parçalanma müddəti 5730 ildir. Bristol Universitetinin alimləri tərəfindən hazırlanmış və radioaktiv əraziyə yerləşdirilmiş süni almaz kiçik elektrik cərəyanı yarada bilir. Bu, min illərlə işləyə bilən batareya hazırlamağa imkan verir.

Belə batareyalar eşitmə aparatları, kardiostimulyatorlar, peyk və kosmik gəmilərdə istifadə edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR