“Monako” iki yarımmüdafiəçini transfer edib

“Monako” iki yarımmüdafiəçini transfer edib
08:32 30 Yanvar 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın “Monako” klubu heyətinə yeni futbolçular cəlb edib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, birinci “Bordo”dan “Monako” ya keçən yarımmüdafiəçi Orlen Tçuamenidir. O, klubla 2024-cü ilə qədər müqavilə bağlayıb.
20 yaşlı oyunçu Fransa çempionatının cari mövsümündə 15 matç keçirib və yalnız məhsuldar ötürmələri ilə yadda qalıb.
“Monako” həmçinin, “Strasburq”un yarımmüdafiəçisi Yussuf Fofan ilə də müqavilə imzalayıb.
21 yaşlı futbolçu 2024-cü ilə qədər klubun heyətində olacaq. Bu mövsümdə 13 oyunda yaşıl meydana çıxan Fofan yalnız bir dəfə qol vurub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/monako-iki-yarimmudafiecini-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR