Rusiyada ŞOK HADİSƏ: Yüzlərlə insan ölümdən döndü (VİDEO)

Rusiyada ŞOK HADİSƏ: Yüzlərlə insan ölümdən döndü (VİDEO)
09:08 30 Yanvar 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Sibirdə buz kütləsinin qoparaq, sahildən uzaqlaşması nəticəsində təhlükə ilə üzləşən 536 balıqçı xilas edilib. 60 balıqçı isə öz səyi nəticəsində sahilə çıxıb.

Publika.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatı 7 saat davam edib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Məlumata görə, buz kütləsi qoparaq sahildən 200 metr məsafəyə qədər uzaqlaşıb.

Bildirilir ki, xilasetmə əməliyyatı vaxtında həyata keçirilməsəydi buz kütləsi sahildən xeyli uzaqlaşa bilərdi. Bu da balıqçıların həyatı üçün ciddi təhlükə yaradacaqdı.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/303346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR