Futzal üzrə millinin hücumçusu: “Finala çıxmaq şansımız böyükdür”

Futzal üzrə millinin hücumçusu: “Finala çıxmaq şansımız böyükdür”
01:42 31 Yanvar 2020
98 Digər
Ölkə mətbuatı
A- A+

“Rəqibimiz kifayət qədər güclü komandadır. Amma biz də özümüzə inanırdıq. Çünki yaxşı heyətimiz var. Bu qələbəni biz komanda olaraq qazandıq. Kimin əziyyətinin az, kimin əziyyətinin çox olmasını heç kim hesablaya bilməz. Əlbəttə, inam olan yerdə yaxşı nəticə də qazanmaq mümkündür. Bugünkü qələbə bizim inamımızın mükafatıdır”.
“Report” xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının hücumçusu Rafael Vilela deyib.
O, qeyd edib ki, Azərbaycan millisi bu yola komanda şəklində çıxıb: “Ona görə də komandanın uğur qazanması şəxsi göstəricilərin önündə dayanır. Vacib olan komandamın qələbə qazanması və mənim də bu işdə əməyimin olmasıdır. Buna görə sevinirəm".
Slovakiya millisinin güclü rəqib olduğunu deyən hücumçu bu komanda ilə qarşılaşmaya konsentrasiya olmaq zəruriliyinə toxunub.
Rafael Vilela “final mərhələsinə yollanmaq şansımızı necə qiymətləndirirsiniz” – sualına “Böyük şansımız var. Amma indi Slovakiya haqda düşünməliyik. Qələbə qazanmalı, sonra qrupdakı duruma baxmalıyıq” – cavabını verib.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/futzal-uzre-millinin-hucumcusu-finala-cixmaq-sansimiz-boyukdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR