Maykl Pompeo Ukraynaya səfər edib

Maykl Pompeo Ukraynaya səfər edib
04:57 31 Yanvar 2020
97 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Maykl Pompeo Ukraynaya işgüzar səfər edib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin müavini Yeqor Bojok özünün “Twitter”dəki səhifəsində bildirib.
{photo-big-1ed5aae1-787e-4e3c-ab1d-b8dfb9cb3d72}}
Pompeo Ukrayna paytaxtında bu ölkənin prezidenti Vladimir Zelenski, həmçinin xarici işlər naziri Vadim Pristayko və müdafiə naziri Andrey Zaqorodonyukla görüşəcək.
ABŞ dövlət katibinin özü həmçinin “Twitter”dəki səhifəsində Kiyevə gəlişini şərh edib. O, bildirib ki, Ukrayna hökumətinin nümayəndələri ilə görüşdə iki ölkənin strateji əməkdaşlığının gücləndirilməsi və azad demokratik dövlət kimi Ukraynanın mövqeyinin gücləndirilməsini müzakirə etmək niyyətindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/maykl-pompeo-ukraynaya-sefer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR