Aynişanı təbrik edib, başqasına söz atdı - FOTO

Aynişanı təbrik edib, başqasına söz atdı - FOTO
11:52 31 Yanvar 2020
242 Şou
Ölkə mətbuatı
A- A+

"Övlad başqa varlıqdır! Biri çıxar, düşünmədən bir söz deyər və bu, hər kəsi dərin silkələr. Bəzən də bir sənətkar hər səhvi, hər düzü özü kimi bilər. Və hamı, ana-bacı onu dəstək seçər. O şəxs Aybəniz Haşımovadır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan yaxın günlərdə toy etməyi planlaşdırılan Aynişan Quliyevanın nikah fotosunu paylaşaraq yazıb. O, Əməkdar artist Aybəniz Haşımova və qızını təbrik etsə də, üstüqapalı başqa bir sənətçiyə söz atıb.

Müğənni təbrik mətninə bu sözləri də əlavə edib:

"Yaşadığı həyat, gördüyü haqsızlıq onu yormadı, gələcək üçün gözəl bir qız böyütdü! Hamımıza "bu gün qismət olsun" deyib hər kəsi təbrik edirəm. Bir şəhid qızı bu gün ailə qurur. Ona böyük sevgi və səbr arzu edirəm, dualarımız onunladır. Xoşbəxt ol, gözəlim".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/822120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR