Azərbaycan ilk dəfə Baltikyanı ölkələrin turizm sərgisində təmsil olunacaq

Azərbaycan ilk dəfə Baltikyanı ölkələrin turizm sərgisində təmsil olunacaq
12:22 31 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu il fevralın 7-dən 9-dək Estoniyada Baltikyanı ölkələrin ən qədim və böyük turizm sərgisi olan “Tourest” sərgi-yarmarkası keçiriləcək.
“Report” Estoniya KİV-inə istinadən xəbər verir ki, 29-cu dəfə təşkil olunacaq turizm sərgisi 32 ölkədən 500-ə yaxın iştirakçını bir araya gətirəcək.
Qeyd edək ki, sərgidə ilk dəfə Azərbaycan da təmsil olunacaq. Üstəlik, fevralın 8-də estoniyalı pop müğənni Helen Adamson sərgi iştirakçılarına Azərbaycan barədə məlumat verəcək, ölkəmizə səfəri zamanı gördüklərindən danışacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycan-baltikyani-olkelerin-turizm-sergisinde-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR