"Bu villada 15 ildir yaşayıram" - Könüldən Nazilə Səfərliyə cavab

"Bu villada 15 ildir yaşayıram" - Könüldən Nazilə Səfərliyə cavab
16:17 31 Yanvar 2020
218 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Könül Kərimova şairə Nazilə Səfərlinin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Könül Kərimova "ölkə.az"-a açıqlamasında bildirib ki, N.Səfərli həmin fikri zarafatla deyib:

''Mən düşünürəm ki, Nazilə Səfərli zarafat edib. Belə bir şey doğru ola bilməz. Çünki mən bu villada 15 ildir yaşayıram, amma Nazilənin mahnısını 2 ildir oxuyuram. Məgər mahnıya görə villa alırlar? Üstəlik, mahnının sözləri ''Qardaş bu ceyranı hardan almısan?'' yox, ''Allah, bu ceyran hara ceyranıdır?" formasındadır.  Biz Nazilə Səfərli ilə dostuq və düşünürəm ki, bu, qalmaqallı açıqlama yox, zarafatdır''. 

Qeyd edək ki, Nazilə Səfərli aparıcısı olduğu ''Ona qalsa'' verilişində Könül Kərimova haqqında açıqlama verərək, sözgedən mahnıdan sonra Könül Kərimovanın villa aldığını bildirib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/822206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR