x
Loading...

“PayPal” sisteminin auditoriyası 300 milyon istifadəçini ötüb

“PayPal” sisteminin auditoriyası 300 milyon istifadəçini ötüb
11:35 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Dünyada populyar "PayPal" ödəniş sistemini inkişaf etdirən ABŞ-ın "PayPal Holdings" şirkəti 2019-cu ilin dördüncü rübündə 507 milyon dollar (bir səhm üçün 43 sent) xalis gəlir əldə edib ki, bu da bir il əvvələ nisbətən 13 faiz azdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, dəyişkən xərclər və qazancları nəzərə almayan düzəliş edilmiş mənfəət bir səhm üçün 86 sent təşkil edib. Analitiklər tərəfindən mənfəət 83 sent məbləğində proqnozlaşdırılıb.

 

2019-cu ilin oktyabr-dekabrında "PayPal" sisteminin mədaxili 18 faiz artaraq 4,96 milyard dollara çatıb. Analitik proqnozda 4,94 milyard dollarlıq satış həcmi nəzərdə tutulub.

 

2019-cu ilin yekunları üzrə "PayPal" 17,77 milyard dollar gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisini 15 faiz üstələyir. Həmçinin 12,4 milyard istifadəçi əməliyyatı (25 faiz) və 712 milyard dollar (23 faiz artım) məbləğində ödəniş həyata keçirilib. Bir aktiv "PayPal" hesabına təxminən 40 ödəniş əməliyyatı düşüb.

 

31 dekabr 2019-cu il tarixinə olan vəziyyətə görə, "PayPal" sisteminin aktiv istifadəçilərinin sayı 305 milyon təşkil edib. Üç ay ərzində auditoriya 9,3 milyon nəfər artıb.

 

Ötən rübdə illik qiymətləndirmədə aparılan əməliyyatların sayı 21 faiz – 3,5 milyardadək artıb. Sistemdə ümumilikdə 199 milyard dollar məbləğində ödəniş həyata keçirilib ki, bu da 2018-ci ilin dördüncü rübü ilə müqayisədə 22 faiz çoxdur.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-66024-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR