Bakıda seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb

Bakıda seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb
13:17 1 Fevral 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

“Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini görə saxlanılıb”.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.
Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüqazidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Onun əməllərində inzibati xətann tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-polisi-heqiqet-sosialist-herekatin-uzvu-kimi-teqdim-eden-sexs-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR