SON DƏQİQƏ: Türkiyədə iki güclü zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ: Türkiyədə iki güclü zəlzələ BAŞ VERDİ
22:18 4 Fevral 2020
97 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Bu zəlzələdən bir neçə dəqiqə əvvəl bölgədə rixter cədvəli üzrə 4,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, son aylar Türkiyədə seysmik fəallıq müşahidə olunur. İki həftə əvvəl Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər həyatını itirib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/303948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR