Azərbaycanlı tələbənin sualları erməniləri çətin duruma saldı -

Belçikada təhsil alan azərbaycanlı tələbə Rəna Bayramova fevralın 5-də Avropa Parlamentində (AP) “Ədalət və Demokratiya naminə Avropa Ermənistan Federasiyası”nın (EAFJD) təşkilatçılığı ilə “Unudulmuş məcburi köçkünlər. Bakıdakı ermənilərlə nə baş verib?” mövzusunda keçirilən konfransın mühazirəçilərini və ermənipərəst iştirakçılarını öz sualı ilə çətin vəziyyətə salıb.

Metbuat.az xəbər verir ki, Konfransda Avropanın Erməni Federasiyasının Heghineh Evinyan, Ermənistanın Belçikadakı səfiri Tatoul Markarian , Amerikanın erməni əsilli insan hüquqları mütəxəssisi Anna Astvatsatryan Turcotte və digərləri iştirak ediblər.

Erməni nümayəndələr tədbirdə erməni əhalisinin Bakıdan sürgün edilməsi haqqında danışıblar və konfransın əsas mövzusunun Bakıdakı ermənilərin taleyi olmasına baxmayaraq, hər fürsətdə Dağlıq Qarabağ münaqişəsinə toxunublar.

Konfransın sual-cavab hissəsində Avropada təhsil alan həmyerlimiz Rəna Bayramova ünvanladığı suallarla mühazirəçiləri çətin vəziyyətə salıb:

“Bu gün siz bizlərə çoxlu hekayələr danışdınız, mənim bundan öncə dəfələrlə eşitdiyim hekayələr... mənim əcdadlarım azərbaycanlı olaraq hazırda "Yerevan" adlandırılan paytaxt şəhəriniz İrəvanda yaşayırdılar və mənim ulu babam orada bəy olub. Bəy varlı təbəqəyə aid çoxlu hamamı olan bir insandır. Həmin hamamlar artıq dağıdılıb. Və 3 dəfə azərbaycanlıları zorla İrəvandan , Ermənistan ərazisindən köçürüblər. Bu 1905, 1948 - hansı ki, mənim əcdadlarımın sürgün ili idi və 1988- ci illərə təsadüf edir. Bu faktları da nəzərə alsaq, konfrans boyu biz ancaq bir tərəfli yanaşmanın şahidi oluruq.

Biz - Azərbaycan çoxlu etnik qruplardan ibarət bir ölkəyik və bu günə kimi heç bir etnik qrup öz yaşayışından və hüquqlarından şikayət etməyib. Hətta sizin toxunduğunuz Sumqayıt hadisələrinin məhkəmə prosesi zamanı 15 erməni mehriban şəkildə azərbaycanlılarla yaşadıqlarını vurğulamışdılar.

Bu günkü konfransın mövzusu Bakıdakı ermənilərin taleyi ilə bağlı olsa da, bir çox qonaq Dağlıq Qarabağ məsələsinə toxundu və mənim bir sualım var. Siz Dağlıq Qarabağdan danışarkən ora daxil olan 5 şəhərdən danışırsınız:Xocalı, Xocavənd, Xankəndi, Şuşa və Ağdərə. Bəs yaxşı, o biri ətraf 7 rayonda nə baş verib? O rayonları hansı ki Ermənistan Respublikasının qoşunları 1992-93 illərdə işğal edib və qoşunlar hələ də oradadır. Siz Dağlıq Qarabağ dedikdə sadəcə 5 sadaladığım rayonları nəzərdə tutursunuz, amma 7 rayon haqda da Dağlıq Qarabağ kimi danışırsınız. Mən bütün qonaq spikerlərin bu haqda fikrini bilmək istəyirəm və niyə görə bu günkü konfransın mövzusu Bakıdakı ermənilər olduğuna baxmayaraq, siz Dağlıq Qarabağdan danışırsınız?”

Erməni nümayəndə isə həmyerlimizin sualına “bəlkə babanız azərbaycanlı deyil, fars olub? Çünki Ermənistanda farslar varlı yaşayırdı” cavabını səsləndirərək bu dəfə də mövzunun əsl mahiyyətindən yayınıblar.

Həmin görüntüləri təqdim edirik:

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR