SOCAR 1000-ə yaxın işçisini təxliyə etdi

SOCAR 1000-ə yaxın işçisini təxliyə etdi
18:43 7 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sinoptiklərin bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar təxliyə tədbirlərinə başlayıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report"a bildirib ki, 1000 nəfərə yaxın işçi sahilə təxliyə olunub.

“Bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşməsi proqnozlaşdırılır. Dənizdə küləyin sürətinin 35-40 metr saniyəyədək artması gözlənilir. Buna görə dəniz platformalarında, estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”, - İ.Əhmədov qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR