“PSG” futbol klubu öz kriptovalyutasını buraxdı

“PSG” futbol klubu öz kriptovalyutasını buraxdı
21:05 8 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Fransanın məşhur "PSG" (Paris Saint-Germain) futbol klubu azarkeşlərinə klubun taleyinə təsir edən qərarlar üçün səs verməyə imkan verən Fan Token Offering (FTO) tokenini buraxdı. Paris şəhərini təmsil edən PSG Maltanın ChiliZ şirkəti ilə 2019-cu ilin sentyabr ayında klubun öz kriptovalyutası olan FTO tokeninin buraxmaq üçün partnyorluq müqaviləsi imzalamışdı.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, Binance birjası tərəfindən dəstəklənən Socios.com platforması ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq dəyəri 1.69 funt sterlinq olan 20 milyon FTO buraxılıb və fevral ayında Chiliz.net platformasında satışa çıxarılacaq. FTO tokenlərinə sahib olan klub azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı "kosmetik qərarlar" (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları) verilərkən səsvermədə iştirak hüququ qazanacaqlar.

ChiliZ-in təsisçisi Alexandre Dreyfus qeyd edib ki, buraxılan FTO tokeni futbol klubuna əlavə vəsait cəlb edəcək və aktiv azarkeşlərin iştirakını artıracaq. PSG-nin partnyorluq üzrə direktoru Marc Armstrong "Klub kriptovalyutanın təmin edə biləcəyi imkanlardan istfadə etməyi planlaşdırır. Bu inqilabi texnologiya klubun ümumi biznes strategiyasına və azarkeşlərimizlə qarşılıqlı əlaqələrə əhəmiyyətli dərəcədə təsir edəcəkdir" deyib.

Xatırladaq ki, Socios.com idman və əyləncə həvəskarları üçün blockchain əsaslı ilk mobil tətbiqdir. Socios.com Atletico Madrid, Juventus, AS Roma və West Ham United futbol klubları ilə rəqəmsal sikkər - tokenlərin buraxılması üçün əməkdaşlıq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR