Çexiyadan Rusiyaya qarşı addım: "Nemtsov meydanı"

Çexiyadan Rusiyaya qarşı addım: "Nemtsov meydanı"
13:17 9 Fevral 2020
324 Dünya
Ölkə mətbuatı
A- A+

Praqa Şəhər Administrasiyası Rusiyanın Çexiyadakı səfirliyi önündə yerləşən meydanı Boris Nemtsovun şərəfinə adlandıracaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında paytaxtın meri Zdenek Qrjib deyib.

O bununla bağlı səsvermənin fevralın 24-də keçiriləcəyini bildirib.

Qrjibin sözlərinə görə, meydana Nemtsovun adının onun anım günündə verilməsi planlaşdırılır.

Qeyd edək ki, B.Nemtsov 2015-ci il fevralın 27-də Kreml yaxınlığında qətlə yetirilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/824440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR