İnsanların tam demokratik səsverməsinin şahidi olduq - Vyetnamlı müşahidəçilər / Foto

İnsanların tam demokratik səsverməsinin şahidi olduq - Vyetnamlı müşahidəçilər / Foto
21:08 9 Fevral 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Vyetnamdan olan müşahidəçilər bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidələrinin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, Vyetnam parlamentinin üzvü Nghiem Vu Khai Azərbaycana dəvət olunduğu üçün çox məmnun olduqlarını bildirib:

"4 gündür ki, Azərbaycanda müşahidələr aparırıq. Artıq tam əminliklə deyə bilərik ki, biz parlament seçkisi keçirməkdə bir çox şeyləri sizdən öyrənməliyik. Bakı, Şəki və Qəbələdə seçkiyə hazırlıqla maraqlanmışıq və seçkilərin necə keçirildiyinin şahidi olduq. 5 məntəqədə müşahidə aparmışıq. Baş çəkdiyimiz məntəqələrdə namizədlərlə bağlı bütün məlumatlar çap edilib, şəffaflıq təmin olunub, bütün namizədlərə bərabər şərait yaradılıb. Heç kimə qarşı ayrıseçkilik yoxdur. Proses tam şəffaf təşkil edilib, bütün namizədlərə eyni münasibət bəslənirdi. Komissiya üzvləri seçicilərə prosedura uyğun hər şeyi normal izah edirdi və onların normal səs vermsinə şərait yaradırdı. Eyni zamanda bizə texnologiyalardan yüksək istifadə təqdim edildi. Yəni xarici ölkədə olan istənilən azərbaycanlı seçkiləri canlı izləyə bilər. Daha sonra insanların barmaqlarının mürəkkəbə batırılması onu göstərir ki, seçici ikinci dəfə səs verə bilməsin. Bu, tam şəffaflıqdan xəbər verirdi. Hava soyuq olsa da biz getdiyimiz məntəqədə insanların tam demokratik səs verməsinin şahidi olduq, heç bir pozuntuya rast gəlmədik. Seçicilərlə də söhbət etdim və onlardan seçəcəkləri deputatın gənc, ziyalı və intellektual olmasını istədiklərini bildirdilər. Düşünürəm ki, seçkilər tam şəffaf keçirilib və bu dəfəki parlament daha güclü olacaq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR