İranın şimalında güclü zəlzələ oldu

İranın şimalında güclü zəlzələ oldu
18:47 12 Fevral 2020
266 Dünya
Ölkə mətbuatı
A- A+

"İranın şimalında yerləşən Gilan vilayətinin Şəft rayonunda 4,5 bal gücündə zəlzələ baş verib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:23 dəqiqədə 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Əlavə edək ki, İranın şimalında Gilan vilayətində güclü qar və qar uçqunu nəticəsində bir çox kəndlərlə əlaqə kəsilib, elektrik verilişi dayandırılıb. İndiyədək qar nəticəsində 8 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/825403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR