“Dedi ki, barışmasanız, efirdə sizi biabır edəcəm”

“Dedi ki, barışmasanız, efirdə sizi biabır edəcəm”
11:52 13 Fevral 2020
191 Şou
Ölkə mətbuatı
A- A+

Elə bir tərbiyə ilə böyüməmişik ki, bağışlanmayacaq bir səhv edək. Sadəcə olaraq, yüngül bir inciklik idi. Bu isə qardaşlar arasında belə ola bilir. Biz isə buna son qoyduq.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında uzun müddətdir küsülü olduğu Əməkdar artist Abbas Bağırovla bağlı müğənni Zamiq Hüseynov deyib.

Sənətçi onları barışdıran şəxsin Xalq artisti Röya Ayxan olduğunu söyləyib:

"Röya dedi ki, mən artıq iki dostumun arasındakı bu incikliyi qəbul edə bilmirəm. Barışmasanız, efirdə sizi biabır edəcəm (gülür - red.) Biz Abbasla 13 yaşından dostuq. İnsan arada inciklik olanda dönüb geriyə baxır və hər şeyi o illərə qurban edir. Bu gün sənət yoldaşıyıq. İnsan böyüdükcə anlayır ki, hərənin öz yolu var, öz azarkeşi var. Bir-birimizə ziyanımız dəyə bilməz. Tədbirlərdə, toylarda görüşürdük, bir-birimizi təqdim edirdik, heç kim heç nə hiss etmirdi. Küsülülüyü ancaq ailə, dost-tanış və bir neçə sənət yoldaşımız bilirdi".

Qeyd edək ki, Abbasla Zamiq illərdir danışmır, eyni məkanda yer alanda bir-birini görməməzlikdən gəlir. Onların küsülülüyünə səbəb isə Zamiqin diqqətsizliyi olub. Bağırov bildirib ki, həmkarı məkanlardan birində ona "salam" verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/825539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR