Venesuela ABŞ-ı məhkəməyə şikayət etdi

Venesuela Xarici İşlər naziri Jorj Arreaza ölkəsinə tətbiq edilən iqtisadi sanksiyalar səbəbi ilə ABŞ rəsmilərinin cəzalandırılması üçün Beynəlxalq Cəza Məhkəməsinə (UCM) müraciət edib.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, məhkəməyə müraciəti tarixi bir hadisə adlandıran Arreaza özünün "Tvitter" hesabından verdiyi açıqlamada qeyd edib:

"Statistikalar sanksiyaların Venesuela xalqına etdiyi təsiri əks etdirir. Xalqımıza qarşı geniş, qlobal və sistemli bir hücum var".

O, sanksiyaların təməl qurbanlarının sivil insanlar olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR