Koronavirusun qripdən fərqi yoxdur? – Məşhur həkim qorunmaq yollarını AÇIQLAYIB

Koronavirusun qripdən fərqi yoxdur? – Məşhur həkim qorunmaq yollarını  AÇIQLAYIB
19:22 15 Fevral 2020
177 Maraqlı
Ölkə mətbuatı
A- A+

Korona virus infeksiyasıdır, burada qorxulacaq nəsə yoxdur.Bu virusu korona adlandırblar, amma qripdən fərqi yoxdur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan məşhur kardioloq, qidalanma üzrə mütəxəssis, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, koronavirus ağciyərlərdəki hüceyrələrin içinə daxil olur, yuxarı tənəffüs yollarının yoluxması da eynilə baş verir.

Professor koronavirusdan qorunmağın mümkün olduğunu deyib: "Virusların hüceyrəyə daxil olmasının qarşısını almaq lazımdır. Virus hüceyrəyə daxil olmasa, xəstəlik də yaranmaz. Buna üçün isə immun sisitemini gücləndirmək lazımdır. Hüceyrə güclü olarsa, viruslar oraya daxil ola bilməz. Orqanizmin müqavimətini qırmasaq xəstəlik də yaranmaz".

Həkim, koronavirsdan qorunmaq üçün evdə hazırlanan sirkə, təbii probiotiklər-evdə hazırlanan turşu, ev qatığı yeməyi, turşunun suyunu içməyi tövsiyə edib. Bildirib ki, bunlar bağırsaqlarda olan dost bakteriyaları çoxaldır.

Onun sözlərinə görə, qripə qarşı kəllə-paça yemək də çox faydalıdır, bu yemək zülal, yağ və vitaminlərlə zəngindir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/824831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR