ABŞ-da nənə xəstəxanaya silahlı hücumla nəvəsini oğurladı

ABŞ-da nənə xəstəxanaya silahlı hücumla nəvəsini oğurladı
05:02 18 Fevral 2020
113 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da yaşlı qadın qeyri-adi cinayət törədib.
“Report”un məlumatına görə, bu barədə şəhər hakimiyyətinə istinadən “Fox News” xəbər verir.
Bildirilir ki, hadisə Yenidə Orleanda baş verib. Nənə tibb personalı tapançayla hədələyərək, nəvəsini xəstəxanadan aparıb.
Məlumata görə, 66 yaşlı Evelina Miller həkimlərə tapança ilə hədə-qorxu gələrək 12 yaşlı qızın ona verilməsini tələb edib. Tibb işçiləri ona mane olmağa çalışıblar, amma sonda yeniyetməni verməyə məcbur olublar.


Yerli polisin məlumatına görə, qadın qaçan zaman bir tibb bacısını itələyərək yıxıb və mühafizəçini avtomobili ilə vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti gün qızı aşkarlayıblar.
Qadına qarşı uşaq oğurluğu üzrə ittiham irəli sürülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-nene-xestexanaya-silahli-hucumla-nevesini-ogurladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR