“Apple” şirkətinin kapitallaşması 18 milyard dollar artıb

“Apple” şirkətinin kapitallaşması 18 milyard dollar artıb
07:22 18 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Apple" şirkətinin kapitallaşma dəyəri "iPhone" smartfonlarının istehsalı üzrə "Foxconn" zavodlarının fəaliyyətinin bərpası ilə bağlı məlumatlar yayıldıqdan sonra 18 milyard dollar artıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" şirkətinin böyük tərəfdaşı olan "Foxconn" fevralın sonunda Çində istehsalın yarısını bərpa etmək niyyətindədir. Koronavirusun yayılmasına görə şirkətin zavodları bir neçə həftə fəaliyyətini dayandırmaq məcburiyyətində olub. Kontrakt istehsalçı, həmçinin martda Çində istehsalın 80 faizinin bərpasını planlaşdırır.

Məlumata görə, "Foxconn" Çində zavodların fəaliyyətinin dayanması ilə əlaqədar Vyetnam, Hindistan və Meksikada yerləşən zavodlarda istehsal həcmini artırıb. Lakin kontrakt istehsalçının fəaliyyətinə təsir göstərən epidemiyaya görə mədaxilin 2020-ci ilin birinci rübündə azalacağı gözlənilir.

Koronavirus 2020-ci ildə istehsal həcminin artacağına böyük ümidlər bəsləyən qlobal texnoloji sahəyə ciddi təsir göstərə bilər. Analitiklər virusun bu il dünyada smartfonların tədarük həcmini 10 faiz azalda biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

"Apple" kimi digər aparıcı "Android" smartfon istehsalçıları, o cümlədən "Huawei Technologies", "Oppo", "Vivo" və "Xiaomi", eləcə də "HP" və "Dell" kimi noutbuk istehsalçılarına məxsus istehsalın əksər hissəsi Çində yerləşir. Yalnız Cənubi Koreyanın "Samsung Electronics" şirkəti smartfon istehsalını Çindən tam olaraq köçürüb, lakin ölkədən komponentlərin tədarükünü davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR