MSK daha 3 məntəqənin nəticələrini LƏĞV ETDİ

MSK daha 3 məntəqənin nəticələrini LƏĞV ETDİ
18:18 18 Fevral 2020
38 Digər
Ölkə mətbuatı
A- A+

MSK-nın iclasında daha sonra 32 saylı Suraxanı seçki dairəsindən daxil olmuş şikayətə baxılıb.

Publika.az xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bildirib ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Fikrət Cəfərli və digər bir namizəd MSK-ya şikayət edib.

Onun sözlərinə görə pozuntu aşkar edilmiş məntəqələrin sayı 3-dür:

“Bunlar 4, 8 və 9 saylı seçki məntəqələridir. Bu məntəqələrdə seçicilərin iradəsini ifadə etməsi mümkün olmayıb”.

Daha sonra 3 məntəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilib.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR