Mobil telefona 5 ildə 12.8 milyard dollar xərclənib

Mobil telefona 5 ildə 12.8 milyard dollar xərclənib
22:17 18 Fevral 2020
Ölkə mətbuatı
A- A+

2015-2020-ci illərdə 12 milyard 840 milyon dollar qarşılığında 61,2 milyon cib telefonu idxal edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, cib telefonu idxalının miqdarı 2015-ci ildə 13 milyon 581 min ədəd və dəyəri 3 milyard 136 milyon dollar olaraq qeyd edilib.

Son beş ildə idxal edilən cib telefonuna orta hesabla 210 dollar ödənilib. 2019-cu ildə orta hesabla 152 dollardan 12 milyon 124 min mobil telefon idxal edildiyi halda, 2018-ci ildə 9 milyon 820 min telefon üçün orta hesabla 200 dollardan 1 milyard 966 milyon dollar xərclənib.

Son illərdə etdiyi texnoloji və proqram təminatı ilə sürətlə gücünü artıran Çin, mobil telefon idxalına görə ilk sırada yer alıb. Çindən sonra Vyetnam, Cənubi Koreya və Tayvan siyahını davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR