Türk gəmisi vuruldu: Danışıqlar dayandırıldı

Türk gəmisi vuruldu: Danışıqlar dayandırıldı
11:33 19 Fevral 2020
260 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyada qiyamçı general Xəlifə Haftarın paytaxt Tripoliyə hücumundan sonra Liviya Milli Barışıq Hökuməti atəşkəs müzakirələrini dayandırıb.

Publika.az xəbər verir ki, LMBH-nin Səhiyyə Nazirliyi Haftar qüvvələrinin Tripoli limanına təşkil etdiyi hücum zamanı 3 dinc sakinin öldüyünü, 5-nin yaralandığını açıqlayıb.

Haftar ordusu ötən gün baş tutan 2 raketli hücum zamanı Türkiyəyə məxsus gəmini vurduğunu iddia edib.

Lakin bu iddia Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın tərəfindən təkzib olunub: “Zərbə uğursuz oldu, dərhal cavab verildi. Bizim cavab atəşimizdən sonra vəziyyət stabilləşib”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/305427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR