Azərbaycan Ordusunun itkin düşən hərbçisinin meyiti neytral ərazidən götürüldü

Azərbaycan Ordusunun itkin düşən hərbçisinin meyiti neytral ərazidən götürüldü
10:53 20 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun itkin düşən hərbçisi Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, A.Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR