“Darıxan nəğmələr” kitabı Sumqayıtda təqdim olundu

“Darıxan nəğmələr” kitabı Sumqayıtda təqdim olundu
01:37 23 Fevral 2020
163 Digər
Ölkə mətbuatı
A- A+

Görkəmli şair Tofiq Nurəlinin yalnız sevgi şeirlərinin toplandığı yenicə çapdan çıxmış "Darıxan nəğmələr" kitabının daha bir təqdimatı olub.
"Report"un məlumatına görə, tədbir sumqayıtlı poeziyasevərlərin istəyilə Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçirilib. Tanınmış şair və ictimai xadim Ofelya Babayevanın aparıcı olduğu tədbirdə şairin şeirləri, yaradıcılığı haqqında fikir və rəylər səsləndirilib.
Vidadi Bəhmənli, Paşa Qəlbinur, Maarif Soltan və digər şairlər bildiriblər ki, Tofiq Nurəlinin hələ gənclik çağlarından bir çox şeirləri gənclər arasında çox geniş yayılaraq, dillər əzbəri olub. Onlar görkəmli şairin həm də tanınmış həkim kimi uzunmüddətli fəaliyyətindən bəhs ediblər.
Gənc şairlər və sumqayıtlı könüllülər şairin şeirlərindən səsləndirib, məktəblilərdən ibarət aşıq qrupu isə musiqi ifa edib.
Sonda Tofiq Nurəli tədbirin təşkilatçı və iştirakçılarına minnətdalığını ifadə edib, bu kitabın təqdimatı üçün daha bir neçə yerdən müraciət aldığını bildirib.






Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/darixan-negmeler-kitabi-sumqayitda-teqdim-olundu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR