“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Liviyada bir neçə şəhidimizin qarşılığında Haftarın (Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftar - Red) yüzə yaxın muzdlu əsgəri məhv edildi”.
Onun sözlərinə görə, Türkiyənin Liviyadakı mövcudluğu ölkənin milli maraqlarına cavab verir.