3 aylıq körpə koronavirusdan sağaldı

3 aylıq körpə koronavirusdan sağaldı
07:05 23 Fevral 2020
153 Maraqlı
Ölkə mətbuatı
A- A+

Vyetnamda koronavirusa yoluxan üç aylıq körpə sağalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölümcül virus ona nənəsindən keçib və o, 10 gün əvvəl xəstəxanaya yerləşdirilib. Cümə günü körpə Hanoadakı tibb müəssəsindən evə buraxılıb. O, koronavirusa yoluxmuş ən gənc pasiyent olub.

Onun nənəsi isə bu virusa Çinin Uhan şəhərindən Vyetnama qayıdan insandan yoluxub.  

Qeyd edək ki, koronavirus Çində 2 mindən çox insanın həyatına son qoyub, 75 mindən çox insan bu virusa yoluxub, 18 mindən çox pasiyent sağalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR