Qattuzo "Barselona" ilə oyun haqda - "Qorxmamalıyıq"

Qattuzo "Barselona" ilə oyun haqda - "Qorxmamalıyıq"
18:52 24 Fevral 2020
267 İdman
Ölkə mətbuatı
A- A+

Güclü komanda ilə qarşılaşacağıq. Bilirik ki, çətin olacaq. Ancaq mən və komandam fəxr edirik ki, son 15 ildə dünyanın ən güclüsü olan klublardan biri ilə qarşılaşacağıq.

Milli.Az qol.az-aq istinadən xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə keçiriləcək qarşılaşma haqda danışarkən deyib.

İtaliyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında rəqib haqda müsbət fikirlər səsləndirməklə yanaşı Kataloniya klubundan çəkinməməli olduqlarını da bildirib: "Qorxmamalıyıq, ancaq rəqibə hörmətlə yanaşmalı, öz futbolumuzu ləyiqli şəkildə  oynamalıyıq".

Qeyd edək ki, fevralın 25-dən 26-na keçən gecə Neapolda keçiriləcək "Napoli" - "Barselona"  matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR