x
Loading...

"Barselona" "Napoli" ilə cavab oyununa ciddi itkilərlə çıxacaq

"Barselona" "Napoli" ilə cavab oyununa ciddi itkilərlə çıxacaq
14:47 26 Fevral 2020
191 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Çempionlar Liqasının 1/8 finalının "Napoli" ilə cavab matçına ciddi itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvləri Serxio Buskets və Arturo Vidal bu vacib matçı buraxacaq. Hər iki yarımmüdafiəçi cəzalı durumdadır. Vidal ötən gecə keçirilən ilk görüşdə qırmızı vərəqə alıbsa, Buskets sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab matçı isə martln 17-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/829104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR