Lənkəranda Xocalı faciəsinin qurbanları anıldı

Lənkəranda Xocalı faciəsinin qurbanları anıldı
20:32 26 Fevral 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərindəki "Ana heykəli" qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. 
"Report"un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, tələbə və gənclər, hərbi hissələrin şəxsi heyətləri abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunması ilə bağlı sərəncamına əsasən, həmin gün rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, AMEA Lənkəran Regional Elmi Mərkəzində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, klub və kitabxanalarda Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri, fotostendlər nümayiş etdirilib, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.




Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/lenkeranda-xocali-faciesinin-qurbanlari-anildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR