Azərbaycan millisinin üzvləri üçün məşğələ keçirildi

Azərbaycan millisinin üzvləri üçün məşğələ keçirildi
11:07 27 Fevral 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın təşəbbüsü aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, silsilə məşğələlər keçirilir, müxtəlif mədəni tədbirlər təşkil olunur.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, növbəti belə məşğələ Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri üçün keçirilib. 
Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara “insan həyatında təşəbbüskarlıq, naməlum cığırlar axtarışı” mövzularında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-uzvleri-ucun-mesgele-kecirildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR