Castin Biber Elvis Preslinin rekordunu qırdı

Castin Biber ABŞ-ın musiqi albomları siyahısında 7 dəfə ilk sırada yer alan ən gənc musiqiçi olaraq Elvis Preslinin rekordunu qırıb.

Metbuat.az xəbər verir ki, bundan öncə "Changes" albomu ilə ilk pillədə qərarlaşan Biber yeddinci albomu "Blue Hawaii 1961" ilə də ilk sıraya çıxaraq Elvis Preslini keçib.

Castin Biber ilk dəfə 16 yaşında olarkən "My World" albomu ilə bu uğura imza atmışdı.

Mənbə: "bbc.com"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR