Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR: viza məhdudiyyəti...

Türkiyəyə gedən azərbaycanlılara ŞAD XƏBƏR: viza məhdudiyyəti...
13:23 27 Fevral 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Azərbaycan arasında vizasız gediş-gəliş müddəti 30-dan 90 günə qaldırılıb.

Publika.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.

“İki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi gedib-gəlirlər. Bu müddəti 90 günə qaldıracağıq. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq. Məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu problemlərin qarşısının alınması baxımından qərar faydalı olacaq və vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişlərini asanlaşdıracaq”, - səfir bildirib.

25 fevralda Bakıda təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısında imzalanan sənədlərə toxunan Özoral Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq etdiyini və bu durumun bəzi sektorlarda rəqabəti öldürdüyünü bildirib. Toplantıda Üstünlüklü Ticarət Razılaşmasının bu problemin tezliklə həll olunması üçün imzalandığını dilə gətirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/306252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR