Məşhur futbolçunun koronavirusa yoluxduğu iddia olunur

Məşhur futbolçunun koronavirusa yoluxduğu iddia olunur
15:32 27 Fevral 2020
193 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün bəzi idman nəşrləri "İnter" klubunda çıxış edən çilili hücumçu Aleksis Sançesin koronavirusa yoluxduğu barədə xəbər dərc edib.

Milli.Az oxu.az-a istinadən xəbər verib ki, yayılan xəbərlərin əsası yoxdur.

Sayt iddia edib ki, çili dilindən "Google Translate" vasitəsi ilə tərcümə edilən xəbərlərdə ciddi xətaya yol verilib.

Son məlumata əsasən, İtaliyada koronavirusun yayılması səbəbi ilə İtaliya A Seriyasının bəzi oyunları təxirə salına bilər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Neapol şəhərində baş tutan "Napoli" - "Barselona" qarşılaşmasında azarkeşlərin bir çoxu stadiona tibbi maska ilə gəlmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR