Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
02:32 28 Fevral 2020
136 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti Avropaya dəniz və ya quru yolla getmək istəyən suriyalı qaçqınları dayandırmamaq barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə polisinə, sahil mühafizəsinə və sərhəd keçidlərində işləyən əməkdaşlara Suriyadan qaçqın axını vəziyyətində maneçilik yaratmamaq barədə tapşırıq verilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropaya getmək istəyən qaçqınlar üçün ölkə sərhədlərini açacağı ilə bağlı bəyanat vermişdi. 
Buna səbəb isə Qərbin ikili standartlardan çıxış etməsi və Türkiyəyə gələn suriyalı qaçqınlara köməklik göstərməklə bağlı verdiyi vədi yerinə yetirməməsidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-avropaya-geden-qacqinlara-mane-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR