Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanıldı

Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanıldı
14:12 28 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.  
Bildirilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov ötən ilin dekabr ayında və bu ilin fevral ayında rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl-zinət və müxtəlif məişət əşyalarını oğurlayıb. 
O, ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-silsile-ogurluq-eden-sexs-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR