Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib
18:47 28 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.
Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.
Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.





Xəbərin orijinal ünvanı: https://report.az/herbi/naxcivan-qarnizonu-qosunlarinda-kompleks-mesq-kecirilib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR