Türkiyə ordusu hücumlara ara vermir - Onlarla suriyalı əsgər öldü

Türkiyə ordusu hücumlara ara vermir - Onlarla suriyalı əsgər öldü
09:18 29 Fevral 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

İdlibə təşkil edilən hücumdan sonra Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı daha 56 suriyalı əsgər zərərsizləşdirilib. Bununla da, son iki gün ərzində öldürülən suriyalı hərbçilərin sayı 360-ı ötüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı Suriya ordusuna məxsus 8 tank, 4 zirehli texnika, 5 ağır silah məhv edilib.

Xatırladaq ki, 2 gün əvvəl Suriya ordusunun hücumu nəticəsində İdlibdə 33 türkiyəli hərbçi həlak olub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/306425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR