Bu ölkədə leysan yağışlar səbəbindən 5 nəfər ölüb

Bu ölkədə leysan yağışlar səbəbindən 5 nəfər ölüb
09:32 29 Fevral 2020
108 Dünya
Ölkə mətbuatı
A- A+

Perunun cənubunda güclü yağışlar nəticəsində ən azı 5 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "teleSUR" telekanalı bildirib.

Məlumata əsasən, ən azı 10 nəfər itkin düşüb, 290-dan çox ailə xəsarət alıb. Qeyd edilir ki, ölkə hökuməti respublikanın Ayakuço, Kusko və Puno bölgələrinin bir neçə departamentində fövqəladə vəziyyət elan edib.

Xilasedicilər hazırda itkin düşmüş şəxslərin axtarışını aparır və ziyan dəymiş bina və kommunikasiyalarının bərpası ilə məşğuldurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR