"Keşlə"nin legioneri: "Sanki şok yaşadım"

"Keşlə"nin legioneri: "Sanki şok yaşadım"
19:47 29 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

"Ani bir epizodda zədələndim. Sanki şok yaşadım. Özümü pis hiss etdim".
Bunu "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Con Kamara səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra deyib. Oyunun 21-ci dəqiqəsində xəsarət alaraq yerini Pərviz Azadova verən sierra-leoneli yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib. 32 yaşlı oyunçu hər şeyə həkim müayinəsindən sonra aydınlıq gələcəyini diqqətə çatdırıb.
Kamara oyun barədə də fikirlərini bölüşüb: "Hər iki komanda qol epizodlarından yararlanmağa çalışdı. Hərəyə 2 qol imkanları dəyərləndirildi və yekunda heç-heçə qeydə alındı". 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kesle-nin-legioneri-sanki-sok-yasadim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR