Tramp: "Taliban" liderləri ilə şəxsən görüşəcəm”

Tramp: "Taliban" liderləri ilə şəxsən görüşəcəm”
01:37 1 Mart 2020
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp tezliklə "Taliban" hərəkatının liderləri ilə təkbətək görüşmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə o Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
"Mən yaxın gələcəkdə "Taliban" liderləri ilə şəxsən görüşəcəm”, - ABŞ prezidenti deyib.
Bununla yanaşı, Tramp bildirib ki, əgər radikal hərəkat sülh razılaşmasını reallaşdırmasa, ABŞ gələcəkdə qoşunlarını yenidən Əfqanıstana qaytaracaq.
"İnanıram ki, "Taliban" nəyəsə təşəbbüs etmək istəyir, biz əbəs yerə vaxt itirmədik. Əgər pis hadisələr olsa, biz qayıdacağıq”, - o deyib.
Ağ Ev rəhbəri daha sonra əlavə edib: “Qoşunlarımızı çox tez qaytaracağıq. Ümid edirəm ki, bu lazım olmayacaq".
Tramp əfqan həmkarı Əşrəf Qanini, həmçinin Əfqanıstan xalqını Birləşmiş Ştatlarla "Taliban" hərəkatı arasında sülh razılaşmasının imzalanması münasibətilə təbrik edib.
"Mən bu müharibə nəticəsində həyatını itirən hər kəsi xatırlamaq istəyirəm. Yaralanmış hərbçilərimizə təşəkkür etmək istəyirəm. Onlar geri qayıtmaq istəyirlər", - ABŞ lideri əlavə edib.
Trampın sözlərinə görə, "talib"lərlə razılıq ABŞ-ın Əfqanıstandakı qoşun sayını təxminən 8 min nəfərə qədər azaltmağa imkan verəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-taliban-liderleri-ile-sexsen-gorusecem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR