Türklərin əməliyyatları ABŞ-ı təşvişə saldı - Trampdan QƏRAR

Türklərin əməliyyatları ABŞ-ı təşvişə saldı - Trampdan QƏRAR
11:28 2 Mart 2020
93 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri və ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kelli Kraft Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, rəsmilər bu gecə Ankaraya uçacaq.

Onlar Türkiyə Xarici İşlər nazirinin müşaviri Sədat Önalla görüşəcək.

Kelli Kraft sabah Hatay və Antepi ziyarət edəcək.

Qeyd edək ki, rəsmilərin Türkiyəyə səfər səbəbi Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminə qarşı təşkil edilən "Bahar qalxanı" hərbi əməliyyatıdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/306586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR